Cənubi Koreyanın Şəxsi Məlumatı Qoruma Komissiyası (PIPC) istifadəçi məlumatlarını istifadəçinin razılığı olmadan açıqladığı üçün "Facebook"a təxminən 6,1 milyon dollar pul cəzası kəsib.

Unikal.org  xəbər verir ki, istifadəçi məlumatlarını qanunsuz yayma ilə bağlı Yerli Rabitə Komissiyası 2018-ci ildə istintaq başlayıb və bir neçə ay əvvəl PIPC-yə göndərib.

Agentlik 2012-ci ilin mayından 2018-ci ilin iyun ayına qədər sosial şəbəkənin 3,3 milyon Cənubi Koreyalı istifadəçinin (ümumi 18 milyondan) şəxsi məlumatlarını istifadəçilərin razılığı olmadan digər şirkətlərə ötürdüyünü müəyyən edib. 

Şəxslərin adları, ünvanları, doğum tarixi, iş təcrübəsi və digər detalların paylaşıldığı bildirilir. Agentliyin məlumatına görə, sosial şəbəkə bu məlumatları "10.000 digər şirkətlə" paylaşa bilər. 

Feysbuk məsələ ilə bağlı açıqlama vermədiyi üçün ötürülən məlumatların dəqiq sayı məlum deyil. Nəticədə, tənzimləyicilər Feysbuku natamam və səhv məlumatlar verməkdə günahlandırıblar.

Şirkət isə bu iddiaları "istintaqla tam əməkdaşlıq etdiyini" söyləyərək rədd edib.