Türkiyənin Düzce şəhərində koronavirusa görə karantindən qaçan şəxs küçədə tapılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Oğuz Yaman adlı şəxs maskasız halda şəhərin əsas küçələrindən birində gəzərkən polis onu reyd çərçivəsində dayandırıb.

O.Yamana maska verən polis onu cərimələyib. "Nə qədər istəyirsinizsə, cərimələyin. Onsuz da pulum yoxdur, ödəməyəcəyəm", - deyə cavab verən şəxs yenidən karantinə yerləşdirilib.