Türkiyənin İzmir vilayətində baş vermiş zəlzələdən 6 saat sonra dağıntılar altından çıxarılan 28 yaşlı Mahir Tahirlər müalicə aldığı xəstəxanada vəfat edib.

Unikal.org xəbər verir ki, həvəskar futbolçu olan M.Tahirlərin anası Nazmiye Doğrayan da İzmir zəlzələsinin qurbanlarından biridir.

Qeyd edək ki, bununla oktyabrın 30-da İzmirin Seferihisar rayonunda 6.6 bal gücündə zəlzələdə həlak olanların sayı 117 nəfərə çatıb.