Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin koronavirusdan (COVİD-19) vəfat etməsilə bağlı məlumatlar yalandır.

Bunu Unikal.org-a açıqlamasında İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva bildirib.

S.Mirzəliyeva qeyd edib ki, hazırda xəstəxana şəraitində müalicə alan başçının vəziyyəti stabildir.