Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona Buenos-Ayres yaxınlığında dəfn edilib.

Unikal.org xəbər verir ki, bu barədə “TN” telekanalı məlumat yayıb. Maradonanın məzarı özəl Bella Vista qəbiristanlığında, valideynlərinin yanındadır.

Xatırladaq ki, Maradona noyabrın 25-də ürək tutmasından dünyasını dəyişib. Maradonanın ölümü ilə əlaqədar olaraq Argentinada üç günlük matəm elan edilib.