Azərbaycan Ordusunun əsgərləri Kəlbəcərdəki “İstisu” bulaqlarının olduğu əraziyə daxil olub. 

Unikal.org xəbər verir ki, həmin anın görüntüləri sosoial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, bu qəsəbə 1-ci Qarabağ müharibəsində 11 şəhid verib. 

Zəfər qazandığımız Vətən müharibəsində də bu elin oğulları canları, qanları ilə fədakarlıq göstərir.