Ucarda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  noyabrın 24-dən 26-dək olan müddətdə Bərguşad kəndi ərazisindəki marketlərin birindən 385 manat, 10 min rubl və 100 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri K.Mənsimov və  H.Həşimov saxlanılıblar.