Lənkəran sakininin evində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan “Spanish Astra 4000” modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.