Redmi yeni ağıllı saatını təqdim edib. Saat Apple Watch-a bənzəməsi ilə diqqət çəkib.

Unikal.org  xəbər verir ki, sözügedən modelin ekranı 323 ppi və 1,4 düymdür. Su keçirməyən xüsusiyyətə sahib saat iki rəng seçimi ilə istifadəçilərin ixtiyarına verilib. Ekran görüntüsü üçün 120-dən çox seçim təqdim edir. Batareya tutumu 230 mAh olan saatda Bluetooth 5.0 dəstəyi mövcuddur. Bu isə birdəfəlik enerji ilə 7 gün işləməsinə imkan verir. 

Həm Android, həm də iOS cihazlar üçün uyğun olan saatın satış qiyməti 41 dollardır.

Azərbaycanda çox satılan "Redmi" brendi ilk smart saatını təqdim edib - QİYMƏTİ - FOTO