Gürcüstanda istehsalçılar un və çörək məmulatlarının qiymətini sabit saxlamaqda çətinliklə üzləşiblər.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Buğda və Un İstehsalçıları Assosiasiyası və Çörək İstehsalçıları Birliyinin birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, dövlət daxili bazarda stimullaşdırıcı tədbirlər görməsə, I sort buğda ununun 50 kiloqramlıq kisəsi 10 lari bahalaşacaq ki, bu da əldə olunacaq məhsulun qiymətinə təsir göstərəcək.

Sənəddə vurğulanıb ki, yaxın gələcəkdə dövlətin bazara müdaxilə etməyəcəyi halda çörək və unun cari qiymətini sabit saxlamaq mümkün olmayacaq.