Ermənistan baş naziri Nikol Paşinyan müxalifəti ittiham edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, xalqa müraciət edən Paşinyan müxalifətin ünvanına olduqca ağır iddialar səsləndirib.

Ermənistan baş naziri qeyd edib ki, müxalifət şüurlu şəkildə xalqı hakimiyyətə qarşı qaldırmaq üçün dezinformasiyalar yayır. Ölkədə xaos yaratmaq üçün müxalifətin hər yola əl atdığını deyən Nikol Paşinyan vətəndaş müharibəsi və daxili siyasi böhran olması üçün çalışan qüvvələrin bunu bacarmayacağını söyləyib.