Salyanda oğurluq etmiş keçmiş məhkum saxlanılıb.

Unikal.org-un məlumatına görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 ev və 4 həyətdən ev əşyaları, avtomobil üçün ehtiyat hissələri, 20 ev quşu, su mühərriki, 2 qapı və velosiped oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Coşqun Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.