Bakıda yaşayış binasında yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin səyləri nəticəsində qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.