Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi ilə görüşüb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə Qarabağ mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

10 noyabrda Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatda əksini tapan bəndlər, sərhədlrin demarkasiyası, əsir və girov götürülmüş şəxslərin dəyişdirilməsi və s. də müzakirə mövzusu olub.