Ermənistanda müxalif deputat Rusiya prezidenti Vladimir Putindən kömək istəyib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif İşıqlı Ermənistan Partiyasının parlament fraksiyasının rəhbəri Edmon Manukyan Vladimir Putinə müraciət edib. Müraciətdə Rusiyanın Ermənistana itkin düşmüş şəxslərin tapılmasına köməklik göstərilməsi xahiş edilir.

Artıq Ermənistan hakimiyyətindən ümidini üzən ermənilər itkin düşən şəxslərin tapılaraq ailələrinə verilməsini başqa dövlətlərdən umur.