Bakıda baş verən yol-nəqliyyat hadisəsi avtomobil sıxlığına səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunur. 

Həmçinin, 3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var. 

Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.