Cənubi Afrikada fiziki məhdudiyyətli şəxs olaraq anadan olan 21 yaşlı Ellie meşədə yaşayır. Onun qida rasionuna topladığı meyvə və bitkilər, xüsusən də banan daxildir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Afrikada yayımlanan "Afrimax TV" televiziyasına danışan Ellienin anası beş uşağını doğuşda itirdiyini və Tanrının Ellieni ona "bir hədiyyə" olaraq göndərdiyini söyləyib

Ana kəndlilərin uşağına daim təzyiq göstərməsindən və "meymun" söyləməsindən dərin kədərləndiyini bildirib.

Oğlunun ev yeməklərini sevmədiyini və yalnız bananla qidalandığını söyləyən ana onun heç kimlə ünsiyyət qurmadığını, insanlardan qorxduğu üçün meşəyə qaçdığını deyib.

Oğlunu vəhşi heyvanlardan qorumaq istəyən ana həftədə bəzən 230 kilometr onun arxasınca meşəyə qaçmalı olduğunu bildirib.

Meşədə yaşayan "MEYMUN İNSAN" görənləri HEYRƏTLƏNDİRİR - FOTOLAR

Meşədə yaşayan "MEYMUN İNSAN" görənləri HEYRƏTLƏNDİRİR - FOTOLAR