Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın sözçüsü Serkan Özcan verib.

“Hazırda durumu yaxşıdır, evində istirahət edir. Cənab sədrimizə şəfa diləyirik”, - o qeyd edib.