Türkiyədə əməliyyatlar çərçivəsində 22 terrorçu saxlanılıb.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, Yozqat şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı keçirilən terrorla mübarizə əməliyyatları çərçivəsində 22 İŞİD üzvü həbs edilib.

Hazırda saxlanılanlar barədə araşdırmalar və əməliyyatlar davam edir.