Azərbaycan Prokurorluğu və DİN-nin əməkdaşları Sevinc Babayevaya görə Türkiyəyə ezam olundular
Azərbaycan Prokurorluğu və DİN-nin əməkdaşları Sevinc Babayevaya görə Türkiyəyə ezam olundular

Sevinc Babayeva xəstəxanaya başqa ad və soyadla daxil olubmuş

Məlumat verildiyi kimi, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin "Medicana International İstanbul Hospital" xəstəxanasında vəfat edib.
Araşdırmalarla müəyyən edilib ki, İstanbul Prokurorluğunun əməkdaşları tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və S.Babayevanın qohumunun iştirakı ilə meyitə baxış keçirilib və mərhumun S.Babayeva olması müəyyənləşdirilib.
Xəstəxanadan verilən ilkin məlumata görə həmin tibb müəssisəsinə başqa ad və soyadla daxil olmuş S.Babayeva ürək çatışmazlığından vəfat edib.
Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırmış və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunubar.
Aparılan araşdırmaların, o cümlədən ekspertizanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.