Türkiyə Super Liqasında X tur davam edir.

Unikal.org xəbər verir ki, üçüncü oyun günündə 4 matç keçirilib.

Turun mərkəzi qarşılaşmasında İstanbul nəhəngləri üz-üzə gəlib. Liderlər qrupunda qərarlaşan "Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. Məhsuldar keçən görüşdə qələbə qazanan qonaqlar liderlərə yaxınlaşıb.

Çempionatın lideri “Alanyaspor” növbəti qələbəsini bayram edib. “Konyaspor”la ev oyununda 3 xal üçün bir qol yetərli olub.

“Kasımpaşa” da liderlər qrupunun yaxınlığında yer alıb. Bu, autsayderlərdən biri “Gənclərbirliyi” üzərində qələbə sayəsində mümkün olub.

Günün yeganə heç-heçəsi Ərzurumda qeydə alınıb. Şəhərin eyniadlı komandası “Antalyaspor”la məhsuldar sülhə imza atıb.

Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.