Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC-nin yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən bəhs edib.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, Uayt Nurməhəmmədovla görüşəcəyini təsdiqləyib.

O qeyd edib ki, idmançı ilə Əbu-Dabidə danışıqlar aparacaq.

"Bu, tezliklə olacaq. Nə vaxt ki, vaxt gələcək, mən sizə məlumat verəcəm. İnanıram ki, Nurməhəmmədov rekord 30-0-a görə qayıdacaq", - UFC-nin “Veqas 15” yarışından sonra keçirilən mətbuat konfransında Dana Uayt deyib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov  bir müddət öncə karyerasını bitirdiyini elan etmişdi.

Bu yaxınlarda isə Həbib UFC rəhbəri Deyn Uaytla birlikdə çəkdirdiyi şəkili sosial şəbəkədə paylaşaraq "Tezliklə görüşəcəyik",- rəyini yazmışdı. Rusiya mediası bunu Həbib Nurməhəmmədovun UFC-yə qayıdışına eyham kimi qiymətləndirib.