Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 93 mülki şəxs qətlə yetirilib, 5 nəfər minaya düşərək həlak olub.

Hücumlar nəticəsində 414 nəfər isə yaralanıb, 4 nəfər isə minaya deşərək xəsarət alıb.