Ermənistan prezidenti Armen Sarkisyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müraciətdə Ermənistan prezidenti itkin düşən hərbi qulluqçuların tapılması ilə bağlı Rusiyanın kömək etməsini xahiş edib.

Qeyd edək ki, Ermənistanda itkin düşən hərbçilərin ailələri müntəzəm etiraz aksiyaları keçirirlər.