Çempionlar Liqasının V turunda səfərdə Donetsk “Şaxtyor”unun qonağı olacaq İspaniya “Real”ı Ukraynaya itkilərlə yollanıb.

Unikal.org xəbər verir ki, “kral klubu” sabahkı qarşılaşmada Serxio Ramos, Alvaro Odriozola, Federiko Valverde, Luka Yoviç, Daniel Karvahal və Eden Azarın xidmətindən yararlana bilməyəcək. Eder Militao və Kərim Benzema isə zədəsini sağaldaraq heyətdə yer alıb.

Qeyd edək ki, sabah Kiyevdə keçiriləcək “Şaxtyor” – “Real” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.