Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata görə, ötən sutka ərzində 496 892 nəfər koronavirus infeksiyasına yoluxub, 7697 pasiyent dünyasını dəyişib.

Ümumilikdə isə indiyədək dünya ölkələri üzrə 63 milyondan çox yoluxma, 1,5 milyondan artıq ölüm faktı qeydə alınıb.