ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden və BMT baş katibi Antonio Qutteriş arasında ilk telefon danışığı baş tutub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT mətbuat xidməti məlumat yayıb.

Telefon danışığının əsas mövzusu beynəlxalq təşkilat və Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq və perspektiv olub.