Türkiyədə PKK terror təşkilatına qarşı antiterror əməliyyatları davam edir.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakır şəhəri və ətraf ərazilərdə keçirilən əməliyyat nəticəsində 9 terrorçu saxlanılıb.

Terror təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 3 nəfər axtarışdadır. Saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.