Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağöllı qətibə iddia ortaya atılıb.

İddiaya görə əfsanəvi futbolçu ölümündən bir müddət əvvəl başından xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə Maradonanın keçmiş həyat yoldaşı Verenika Oxedanın sevgilisi Mario Bodri "Marca"ya açıqlamasında bildirib.

O iddia edib ki, keçmiş yarımmüdafiəçi ölümündən bir həftə əvvəl yataqdan yıxılıb və başının sağ hissəsi divara dəyib. Bodri bununla bağlı həkimə müraciət edilməyini də qeyd edib.

Sevgilisi Veronikaynın Maradonanı görməyə gedərkən, həkimlə rastlaşmadığını söyləyib:

"Dieqonun otağında normal vanna otağı da olmayıb. Kempinqdəki kimi kimyəvi tualetləri olub. Otaq isə kiçik imiş, Maradonaya uyğun deyilmiş".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında xroniki ürək çatışmazlığından vəfat edib.