İran mətbuatı İraqda ölən iranlı korpus komandirinin hava hücumu nəticəsində ölmədiyini yazır.

Unikal.org xəbər verir ki, daha bir belə materialı "Tasnim" agentliyi dərc edib.

Qeyd olunur ki, Müslüm Şahdanın ölüm səbəbi pilotsuz uçuş aparatının zərbə endirməsi deyil. Bu barədə aparılan araşdırmalar davam edir. M.Şahdanın konkret olaraq hansı şəraitdə ölməsi barədə dəqiq informasiya mövcud deyil. "Lakin dəqiqdir ki, səbəb PUA zərbəsi deyil", - deyə əlavə edilib.