Bakı Nəqliyyat Agentliyinin təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası daha 10 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil olunmasını təsdiq edib. 

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, Komissiyanın qərarına əsasən, M.K.Atatürk, Q.Qarayev, Gəncə, M.Üseynov prospektlərində, eləcədə A.M.Şərifzadə, M.Hadi, R. Behbudov, Ə.Rəcəbli, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqları təşkil olunacaq: “Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Belə ki, sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Zolqaların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəs hərəkətini təmin etməkdir ki, bu da mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyət kəsb edir. Xüsusi avtobus zolaqları sərnişinlərin rahatlığının təmin edilməsi, ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması, pandemiyadan sonra ictimai nəqliyyata inamın artması baxımından da zəruridir. Zolaqların təşkili avtobusların orta hərəkət sürətinin artmasına zəmin yaradır ki, bu da sərnişinlərin səyahət müddətinin azalmasına xidmət edir. Avtobusların zolaq üzrə tıxacda qalmadan, maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək”.

M. Ağayev bildirib ki, bununla da srənişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azalaq. Bu faktor da mövcud pandemiya şəraitində vacib amildir: “İlk olaraq M.Üseynov prospektində zolağın təşkilinə başlanılıb. Artıq üfiqi nişanlanma xətləri çəkilib. Qarşıdakı günlərdə isə müvafiq yol nişanları qoyulacaq. Məlumat üçün bildirək ki, M.Üseynov prospektindən paytaxtın cənub yaşayış massivi ilə şəhər mərkəzini əlaqələndirən 6 müntəzəm marşrut xətti hərəkət edir. Axşam pik saatlarında Azneft dairəsi istiqamətində yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərkət qrafikinin 15-20 dəqiqə bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə Neftçilər prospekti boyunca, eləcəd İstiqlaliyyət 28 May metrosunun ətarfındakı dayanacaqlarda sərnişin sıxlıqları yaranır. Zolağın təşkili ilə isə pik saatlarda və yolda hərəkət məhdudiyyəti olduğu zaman avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti 6 km/saatdan 25 km/saata qədər artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4-dəqiqəyədək azalacaq”.

Qeyd edək ki, yol hərəkəti haqqında qanuna əsasən, xüsusi hərəkət zolağı boyunca yalnız həmin küçədən küçən müntəzəm xətt avtobusları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər. Digər avtomobillərin isə zolaq boyunca hərəkəti qadağandır. Bu qaydaların pozulması inzibati məsuliyyət yaradır və 40 azn cərimə sanksiyası tətbiq olunur.