İran hökumətinin sözçüsü Əli Rəbii nüvə alimi Möhsün Fəxrizadənin ölümündən danışıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ə.Rəbii baş verən sui-qəsdin qarşısının alınmasının mümkün olduğunu bildirib.

O qeyd edib ki, daha diqqətli davranış sərgilənsə və təhlükəsizlik tədbirlərinə tam əməl olunsaydı, bu sui-qəsd baş verməzdi. Ə.Rəbii bu hadisənin regional təhlükəsizliyə yeni təhdidlər meydana gətirdiyini vurğulayıb.