Nigeriyada terror aktı baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Katsina əyalətində törədilmiş insident zamanı naməlum terrorçu dəstə 4 kəndə silahlı hücum təşkil edib.

7 nəfər öldürülüb, xeyli sayda yaralı var. İlkin məlumata görə, 30 kəndli terrorçular tərəfindən qaçırılıb. Təhlükəsizlik qüvvələri kəndlərə yerləşdirilib.