Özbəkistan Avrasiya İqtisadi İttifaqına qoşulur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ilkin razılaşmalar artıq əldə olunub. Dekabr ayı boyunca hüquqi prosedurlar tamamlanacaq və bu Mərkəzi Asiya ölkəsi quruma üzv qəbul olunacaq. Qeyd olunur ki, Özbəkistanın bu beynəlxalq təşkilata üzvlüyü müşahidəçi xarakter daşıyacaq.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının tam hüquqlu üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan, müşahidəçi üzv isə Moldovadır.