Pakistan İslam Respublikası Türkiyədən dronlar almaq qərarına gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Qarabağ savaşlarında uğurla sınaqdan çıxan Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları Pakistanın diqqətini çəkib.

Hindistanla Kəşmir probleminə görə münaqişə vəziyyətində olan Pakistan Türkiyə PUA-larından həm bölgəyə havadan ümumi nəzarət və kəşfiyyat xarakterli uçuşlarda, həm də zərbə endirilməsi üçün istifadə etmək niyyətindədir. Məlumatlara görə, bununla bağlı ilkin danışıqlar gedir və razılaşmalar əldə olunub.