7 yaşlı Abbasa təcili ilik köçürülməlidir. Əgər əməliyyat gecikərsə, uşağı həyatda saxlamaq mümkün olmayacaq...

Unikal.org xəbər verir ki, Abbas Cəfərov 22 dekabr 2013-cü ildə Sabirabad rayonunda doğulub. Anası Məryəm Cəfərovanın sözlərinə görə, indiyə qədər səhhətində hansısa problem olmayıb. Yalnız bu ilin oktyabr ayında uşaq sarılıq xəstəliyi keçirib. Bundan sonra isə digər problemlər də baş qaldırıb. Bakıda müxtəlif özəl klinikalarda müalicə alıb. Lakin faydası olmayıb.

Hazırda da Hematologiya və Transfuziologiya İnstitutunda müalicəsini davam etdirir. Abbasa "sümük iliyi, biopsiya" diaqnozu qoyulub. Həkiminin sözlərinə görə, əməliyyat üçün 36 min dollar pul lazımdır. Ailənin isə buna imkanı çatmadığı üçün müvafiq qurumlardan, imkanlı şəxslərdən yardım istəyirlər.

Onu da qeyd edək ki, Abbasın atası Əbülfəz Cəfərov Lazım oğlu 20 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon şöbəsinə (yaşadığı yer üzrə) müraciət edib. Könüllü kimi sentyabrın 21-də təlimə aparılıb. Döyüşlər başladıqda isə ön cəbhədə xidmətini davam etdirib. Hazırda da xidmətdədir və oğlunun durumundan məlumatlı deyil.

44 günlük Qarabağ savaşının əsgərinin övladının həyatını xilas edək.


Abbasın ailəsi ilə əlaqə nömrəsi: (+99451) 974 19 89

Yardım etmək istəyənlər üçün uşağın atası Əbülfəz Cəfərovun adına açılan kartın fotosu: