“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubunun daha 4 üzvündə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların 2-si futbolçu, 2-si də texniki heyətin üzvləridir.

“Sivasspor”da daha əvvəl 10-a yaxın futbolçu və klub işçisində koronavirus aşkarlandığı açıqlanmışdı.

“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.