Hindistanın Mumbay şəhərində bir rejissor serial çəkilişi zamanı tanış olduğu aktrisanı evlilik vədi ilə aldadıb dəfələrlə təcavüz edib. 

Unikal.org xəbər verir ki, bu barədə aktrisa Versova polisinə ifadə verib. O bildirib ki, həmin rejissorla 2 ildir tanışdırlar. 

İstintaq davam edir. Polis bölməsindən bildirilib ki, həmin rejissor hazırda təcavüzkar kimi qeydə alınıb. 

Bildirilir ki, həmin rejissor ölkəsində məşhurdur.