Türkiyədə 106 yaşlı qadın koronavirusa qalib gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəzalə Turan adlı Türkiyə vətəndaşı 10 günlük müalicə prosesindən sonra bu xəstəlikdən sağalmağı bacarıb.

"Özümü yenidən doğulmuş kimi hiss edirəm. Xoşbəxtəm", -deyə Q.Turan bildirib. Yenidən ailəsinin yanına qayıdan yaşlı nənə həkimlərə özünü qoruyacağını söz verib.