Koreya Xalq Demokratik Respublikasının hakerləri koronavirusa qarşı vaksin hazırlayan şirkətlərin saytlarına hücum təşkil edib.

Unikal.org xəbər verir ki, nüfuzlu "Wall Street Journal" nəşri bu barədə yazıb. Şimali Koreyadan olan hakerlərin əsas hədəfi ABŞ və Cənubi Koreya şirkətləri olub.

Bu ölkələrin aparıcı vaksin istehsalçısı olan şirkətlərinin saytına hücum zamanı hakerlər bir sıra mühüm informasiyaları ələ keçirməyi bacarıblar. Lakin bəzi saytlara hücum uğursuz olub.