“NATO-ya müttəfiq bir ölkənin vəzifədən getməkdə olan bir dövlət adamının belə bir  davranışı heç layiqli olmadı. Bəlli ki, Pompeonun bu açıqlamaları Yunanıstan və Fransaya son səfərlərində koordinasiya olunub”.

Unikal.org xəbər verir ki, bu NATO ölkələrinin Xarici İşlər Nazirlərinin (XİN) toplantısında Türkiyəni tənqid edən ABŞ Dövlət Katibi Mayk Pompeo haqqında Türkiyənin diplomatik mənbələrindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, sözügedən toplantıda M.Çavuşoğlu M.Pampoe arasında mübahisə yaşanıb.

M.Pompeo Türkiyəni S-400 hava sistemini almaqla bağlı tənqid etdikdən sonra M.Cavuşoğlu onun bütün tənqidi ifadələrini cavablandırıb. Bildirib ki, havadan müdafiə sistemi mövzusunda müttəfiqləri Türkiyəyə dəstək vermədikləri üçün ölkəsi  S-400 almaq məcburiyyətində qalıb: “Tramp belə bu məsələdə Türkiyəyə haqq verdi”.

Suriya ilə bağlı aralarında yaranan mübahisədə isə M.Cavuşoğlu “Suriyada terror təşkilatlarını dəstəkləyirsiniz, bunu yüksək hərbi dairələriniz belə etiraf edir”, - deyə M.Pompeoya cavab verib.