Moldovanın yeni prezidenti Maya Sandu ölkədə parlament seçkiləri keçirilməsini və hökumətin istefasını tələb edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kişinyovda keçirilən etiraz aksiyasına qatılan ölkə prezidenti hakimiyyətin təcili surətdə istefaya getməli olduğunu bildirib və yeni parlament seçkilərinin keçirilməsini tələb edib. Eks-prezident İqor Dodonu hökumətə təsir etməkdə ittiham edən Maya Sandunun çıxışından sonra etirazçılar İ.Dodonun hakimiyyəti qəsb etməsi ilə bağlı şüarlar səsləndiriblər.

Qeyd edək ki, Moldova parlamentli respublika olduğu üçün hökuməti prezident deyil, qanunverici orqan formalaşdırır.