Donald Trampın qızı İvanka Tramp siyasi karyeraya başlayacaq.

Unikal.org xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb. Qəzet Tramp ailəsinə yaxın mənbənin bu barədə məlumat verdiyini qeyd edib.

Bildirilir ki, İvanka Tramp hələ Ağ Evdə yaşayarkən, atasının prezident olduğu dönəmdən bunu arzulayıb. Yaxın zamanda İvanka Trampın özünün bu barədə ictimaiyyətə açıqlamalar verəcəyi gözlənilir.