ABŞ-ın Minesota ştatında maraqlı hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Minnepolis şəhərində təyyarə avtobanın ortasına eniş edib. Buna səbəb təyyarənin mühərrikində yaranan ani nasazlıq olub.

Təcili eniş etməyə məcbur olan pilot avtomobillərin hərəkətdə olduğu yolun ortasına eniş edib. Xoşbəxtlikdən hadisə nəticəsində qəza baş verməyib. Yaralanan və ölən olmayıb.