Erməni hərbçi Paşinyanın müharibə dövründəki fəaliyyətini ağlasığmaz dərəcədə bərbad adlandırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın paytaxtında keçirilən brifinq zamanı erməni hərbçi Aşot Minasyan bu barədə danışıb.

A.Minasyan qeyd edib ki, məğlubiyyətin səbəbi həm də yüksək vəzifəli şəxslərin satqınlığı olub. Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan ali baş komandan vəzifəsinin öhdəsindən gələ bilməyib. Hərbçi əlavə edib ki, hərbi idarəetmədən xəbərsiz olan Paşinyanın heç iqtisadi və siyasi sahədəki addımlarını da uğurlu saymaq olmaz.

"Paşinyanın fəaliyyəti ağlasığmaz dərəcədə bərbad idi", - deyə Aşot Minasyan vurğulayıb.