“Prezident İlham Əliyev cənabları tarixə Fateh kimi daxil oldu. Gələcək nəsillər bu müharibə haqqında danışacaq və yazacaqlar”.

Unikal.org xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin anım mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qələbənin əldə olunmasında birliyimizin böyük rolu var:

“Biz yumruq kimi birləşməklə qələbə qazana bildik. Ermənistan bizim torpaqlarımızda genosid həyata keçirib. Bizim məscidlərimizi, kilsələrimiz məhv edib”.