Almaniyada koronavirusa qarşı vaksinasiya pulsuz olacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin mətbuat katibi Oliver Evald bildirib. Sözçü qeyd edib ki, COVID-19-a qarşı vaksinasiya pulsuz olmaqla yanaşı, könüllü xarakter daşıyacaq.

"Tibbi sığortasının mövcudluğundan asılı olmayaraq bütün vətəndaşlar könüllü şəkildə vaksinlərdən pulsuz yararlana biləcək", - deyə O.Evald söyləyib.