2020-ci ilin ən yaxşı futbolçularının reytinq siyahısı açıqlanıb.

Unikal.org-un məlumatına görə, ESPN nəşri hər mövqe üzrə ən yaxşı 3 oyunçu seçib.

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi ardıcıl ikinci il ən yaxşı hücumçu nominasiyasının qalibi olub. İtaliyanın “Yuventus” klubunun qolçusu Kriştianu Ronaldo ötən illə müqayisədə bir pillə geriləyərək üçüncü yerə enib. Fransa PSJ-sinin forvardı Kilian Mbappe isə ikinci pilləyə yüksəlib.

Ən yaxşı qapıçılar:
1. Manuel Noyer (“Bavariya”)
2. Alisson Beker (“Liverpul”)
3. Yan Oblak (“Atletiko”)

Sağ cinah müdafiəçiləri:
1. Trent Aleksander-Arnold (“Liverpul”)
2. Əşrəf Hakimi (“İnter”)
3. Benjamin Pavar (“Bavariya”)

Mərkəz müdafiəçiləri:
1. Vircil van Deyk (“Liverpul”)
2. Serxio Ramos (“Real”)
3. David Alaba (“Bavariya”)

Sol cinah müdafiəçiləri:
1. Endi Robertson (“Liverpul”)
2. Alfonso Devis (“Bavariya”)
3. Jordi Alba (“Barselona”)

Mərkəz yarımmüdafiəçiləri:
1. Jozua Kimmix (“Bavariya”)
2. Tiaqo Alkantara (“Liverpul”)
3. Toni Kroos (“Real”)

Hücumameyilli yarımmüdafiəçiləri:
1. Kevin De Bruyne (“Mançester Siti”)
2. Tomas Müller (“Bavariya”)
3. Bruno Fernandeş (“Mançester Yunayted”)

Cinah hücumçuları:
1. Sadio Mane (“Liverpul”)
2. Rahim Sterlinq (“Mançester Siti”)
3. Serge Qnabri (“Bavariya”)

Hücumçular:
1. Lionel Messi (“Barselona”)
2. Kilian Mbappe (PSJ)
3. Kriştianu Ronaldo (“Yuventus”)

Mərkəz hücumçuları:
1. Robert Levandovski (“Bavariya”)
2. Erlinq Haland (“Borussiya” Dortmund)
3. Kərim Benzema (“Real”).