“Haber Global” telekanalı erməni işğalından azad olunan Tərtər rayonunun Suqovuşan kəndindən süjet hazırlayıb.

Unikal.org xəbər verir ki, Suqovuşanda hazırda bərpa işlərinə başlanılıb. İlk mərhələdə yollar düzəldilir. 

28 il əvvəl Suqovuşanı tərk etməyə məcbur qalan Gülşən Ağayeva qeyd edib ki, torpağına qayıtdığı üçün sevinclidir:

“Ata yurdum tamamilə dağıdılıb. Ürəyim ağrıyır. Mən yenidən torpağıma qayıdacağam. Bunun üçün sevincliyəm”.