COVID-19 mutasiya keçirərək vaksinləri yararsız hala sala bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə amerikan alimləri araşdırma aparıblar.

Araşdırmalar göstərir ki, bu virus yad mühitə tez uyğunlaşmağı bacarır. Koronavirus həmçinin mutasion təbiətinə görə pandemiya ilə mübarizədə geniş istifadə olunan və vaksinlərin tərkibində yer alan antitellərlə birləşə bilər. Bu, vaksinlərin təsirini minimuma endirir. Alimlər yeni növ koronavirusun xarakteristikasını öyrənməyə davam edirlər.